“Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir, lakin Vaşinqtonla işgüzar əməkdaşlığın inkişafına açıqdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qrenlandiyanın Biznes, Ticarət, Mineral Ehtiyatlar, Ədliyyə və Gender Bərabərliyi Nazirliyinin rəhbəri Naaya Natanielsen bildirib.
“Baş nazirimizin açıq şəkildə qeyd etdiyi kimi, Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz ABŞ-ın bir hissəsi olmaq istəmirik. Biz danimarkalı və ya amerikalı deyilik. Qrenlandiya hər iki tərəfə fayda verə biləcək razılaşma əldə etmək üçün geniş imkanlar görür”, – nazir qeyd edib.