“ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Qrenlandiya xalqına hörmətlə yanaşmayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qrenlandiyanın Baş Naziri Lal Ege mətbuata müsahibəsində bildirib.
“Hazırda dünyada baş verənlər məni çox narahat edir. Dünya nizamı bir çox cəbhələrdə dağılır. ABŞ prezidentinin hərəkətləri ölkəmizdə insanların özlərini təhlükədə hiss etməsinə səbəb olur. Bizə hörmətlə yanaşmaq lazımdır”, – Baş nazir qeyd edib.