Xəbərlər

Qrossi: İran MAQATE müfəttişlərinə yoxlama aparmaq üçün icazə verməlidir

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri İranın nüvə obyektlərini yoxlamalı və uran ehtiyatlarını qeydə almalıdırlar”.

“Füyuzat”ın məlumatına görə, bunu agentliyin direktoru Rafael Qrossi MAQATE-nin Rəhbərlər Şurasının ABŞ-ın üç nüvə obyektinə endirdiyi zərbələrdən sonra İrandakı vəziyyətə həsr olunmuş fövqəladə iclasında deyib.

“İlk növbədə, danışıqlar masası arxasına qayıtmalıyıq. Və bunun üçün MAQATE müfəttişlərinə İranın nüvə obyektlərinə qayıtmağa və uran ehtiyatlarını, o cümlədən, ilk növbədə, 60%-ə qədər zənginləşdirilmiş 400 kq uranı qeydə almağa icazə verilməlidir”, – o deyib.