Xəbərlər

Qrossi: Ümid edirəm ki, ABŞ İranın Fordo bazasına qarşı bunker raketləri atmayacaq

“ABŞ-ın İranın Fordodakı nüvə obyektinə zərbələr endirmək üçün bunker bombalarından istifadə etməyəcəyinə ümid edirəm”.

“Füyuzat”ın məlumatına görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi deyib.

“Ümid edirəm ki, bu baş verməyəcək. Ümid edirəm ki, biz diplomatik həll yoluna qayıda bilərik. Düşünürük ki, razılaşmamız yaxşıdır və yoxlamalar aparılacaq. Bilirsiniz, bunkerləri məhv etməyə ehtiyac yoxdur”, – o CNN-ə deyib.

Qrossi həmçinin İranın yaxın gələcəkdə atom bombası yarada biləcəyi iddialarını “saf fərziyyə” adlandırıb. Onun sözlərinə görə, nüvənin zənginləşdirilməsi silah yaratmaq demək deyil. O vurğulayıb ki, bu yolla ərazisində atom elektrik stansiyaları fəaliyyət göstərən bütün ölkələr nüvə silahı hazırlamaqda ittiham oluna bilər.

MAQATE rəhbəri daha əvvəl bəyan etmişdi ki, İsrailin hücumları başlayanda İran nüvə bombası yaratmaq üzərində işləmirdi.