Xəbərlər

Rəcəb Tayyib Ərdoğan sabah Yunanıstana səfər edəcək

Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, prezident Ərdoğan dekabrın 7-də Yunanıstanın baş naziri Kiriakos Miçotakislə iki ölkə arasındakı münasibətlərdə zaman-zaman qırılmalara səbəb olan məsələlərlə bağlı görüşəcək.

“Görüş zamanı Yunanıstanın Egedə gərginliyi artıran hərəkətləri, Afina rəhbərliyinin Qərbi Trakyada türklərə qarşı ədalətsiz yanaşmaları, qeyri-qanuni miqrasiya və digər bir sıra məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində həmçinin Türkiyə–Yunanıstan münasibətlərinin “qazanc-qazanc” prinsipi ilə inkişafı müzakirə olunacaq”, – məlumatda qeyd edilib.