Xəbərlər

Reuters: ABŞ və Tayvan aprel ayında dəniz təlimləri keçirib

ABŞ və Tayvan aprel ayında Sakit okeanın qərbində qeyri-rəsmi birgə dəniz təlimləri keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin mənbələrinə görə, təlimlərdə freqatlar və dəstək gəmiləri də daxil olmaqla altı gəmi iştirak edib. Tərəflər hərəkətdə olarkən tədarük və yanacaq doldurma təcrübəsini həyata keçirib, həmçinin xarici sualtı qayıqların birgə axtarışını məşq edib.

Qeyd olunur ki, ABŞ və Tayvan nümayəndələri ada ilə hər hansı hərbi təmaslara qarşı çıxan ÇXR hakimiyyətinin demarş riski səbəbindən təlimlərin keçirilməsi faktını açıqlamamağa razılaşıblar.