Xəbərlər

Reuters: Almaniya daha səkkiz ədəd F-35 qırıcısı ala bilər

Almaniya hakimiyyəti mövcud F-35 qırıcılarına əlavə olaraq Amerikanın “Lockheed Martin” hərbi-sənaye şirkətindən daha səkkiz ədəd F-35 qırıcısı almağı düşünür.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən xəbər verib.

Agentlik xatırladıb ki, Almaniya 2022-ci ildə “Lockheed Martin”dən idarə olunan raketlər və digər silahlarla birlikdə 35 ədəd F-35 qırıcısı sifariş edib.