“Qərb ölkələri Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin ötürülməsi imkanlarını müzakirə edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Ukraynanın müttəfiqləri NATO-nun iyunda keçiriləcək sammitinə qədər qərar qəbul etməyə can atırlar. Agentlik ABŞ və Yunanıstanı potensial təchizatçılar adlandırıb.