Xəbərlər

“Rossiya Segodnya” (Sputnik) nümayəndəliyi ləğv edilib

“Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.