“ABŞ çinli tələbələr üçün vizaları ləğv etməyə başlayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə məlumat verib.
“ABŞ Çin Kommunist Partiyasına bağlı olan və ya əsas sahələrdə təhsil alanlar da daxil olmaqla çinli tələbələr üçün vizaları ləğv etməyə başlayacaq”, – deyə o yazıb.
Rubio əlavə edib ki, ABŞ Honq-Konq da daxil olmaqla Çindən olan ərizəçilər üçün viza tələblərini dəyişəcək. Yeniliklər vizaların verilməsi zamanı daha hərtərəfli yoxlamaların aparılmasına kömək edəcək.