“ABŞ prezidenti Donald Trampın administrasiyası Hindistanla iqtisadi əlaqələri inkişaf etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşü zamanı deyib.
“Rubio bu gün Vaşinqtonda Hindistanlı həmkarı ilə görüşüb. O, Tramp Administrasiyasının iqtisadi əlaqələri inkişaf etdirmək və qeyri-qanuni miqrasiya ilə bağlı problemləri həll etmək üçün Hindistanla işləmək istəyini vurğulayıb”, – ABŞ Dövlət Departamentinin mətbuat xidməti görüşlə bağlı məlumatında bildirib.