“ABŞ administrasiyası prezident Nikolas Maduronun rəhbərlik etdiyi hazırkı Venesuela hakimiyyətini tanımaq imkanını nəzərdən keçirmir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Maduro Venesuelada onsuz da həbsdə olmamalı olan amerikalıları azad etdi. Onlar girov idilər. Düşünürəm ki, Maduro kimi prezidentlər, nə qədər sərt olmağa çalışsalar da, ABŞ prezidenti Donald Trampa hörmət edirlər. Onlar bilirlər ki, Tramp sərt məktub göndərməyəcək, dərhal hərəkətə keçəcək. Bu sərt addımların nədən ibarət olduğunu danışmayacağam, lakin Venesuela prezidenti bilir ki, bizim Maduro rejiminə ciddi zərər verə biləcək bir çox variantımız var”, – Rubio qeyd edib.