Xəbərlər

Rubio: Finlandiya NATO-nun Arktika və Baltik dənizində müdafiəsində mühüm rol oynayacaq

“Finlandiya NATO-nun Arktika və Baltik dənizində müdafiəsində mühüm rol oynayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə telefon danışığında deyib.

“Dövlət katibi ABŞ-Finlandiya ikitərəfli münasibətlərinin əhəmiyyətini və Finlandiyanın NATO ittifaqının, xüsusilə Arktika və Baltik dənizinin müdafiəsində mühüm rolunu vurğulayıb. İki ölkə nümayəndələri iqtisadi əlaqələrin dərinləşdirilməsini, gəmiqayırma və digər sənaye sahələrinə sərmayə qoyuluşunu da müzakirə ediblər”, – Dövlət Departamentindən bildirilib.