ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrikanın anti-Amerika siyasətinə görə Yohannesburqda keçiriləcək G20 çərçivəsində keçiriləcək xarici işlər nazirlərinin toplantısına qatılmayacağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə o, “X” səhifəsində bildirib.
“Mən Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəyəm. Cənubi Afrika çox pis işlər görür. Şəxsi mülkiyyəti müsadirə edir. Mənim işim vergi ödəyicilərinin pullarını boş yerə sərf etmək və antiamerikanizmə əl atmaq deyil, Amerikanın milli maraqlarını qorumaq və inkişaf etdirməkdir”, – Rubio qeyd edib.