ABŞ dövlət katibi Marko Rubio ilə İsveçin keçmiş xarici işlər naziri Maria Malmer Stenerqard arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“İki ölkənin xarici siyasi xadimləri Ukrayna müharibəsini dayandırmaq, ədalətli və davamlı sülhə nail olmaq zərurətini bir daha təsdiqləyiblər. Onlar həmçinin ABŞ və İsveç xalqlarının rifahı naminə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Rubio ABŞ-İsveç tərəfdaşlığının əhəmiyyətini, həmçinin İsveçin NATO-nun təhlükəsizliyində, xüsusilə Arktika və Baltik dənizində mühüm rolunu vurğulayıb”, – məlumatda bildirilib.