Xəbərlər

Rubio: NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa razı olacaqlar

“NATO-ya üzv olan bütün ölkələr növbəti on il ərzində müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa razı olacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Altı həftədən sonra qarşıda NATO sammitimiz var və biz oraya çatanda faktiki olaraq hər bir NATO üzvü ÜDM-in 2 faizi və ya ondan yuxarı məbləğdə müdafiəyə vəsait ayıracaq. Daha da əhəmiyyətlisi, xərclərin bir çoxu 4 faizdən yuxarı olacaq və hamısı növbəti 10 il ərzində 5 faizə çatmağa razı olacaq”, – Rubio əlavə edib.