Xəbərlər

Rubio: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çətin olacaq

“ABŞ administrasiyası Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının son dərəcə çətin olacağını hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.

“Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi yolla həllinin mümkün olmadığını başa düşməlidir”, – o qeyd edib.