ABŞ dövlət katibi Marko Rubio ilə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibi transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. Avropanı müdafiə xərclərini artırmağa və Çinin yaratdığı problemlərə qarşı mübarizə aparmağa çağırıb. O, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaların uzadılması qərarını da alqışlayıb “, – məlumatda bildirilib.