ABŞ dövlət katibi Marko Rubio və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında müdafiə və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus məlumat verib.
“Dövlət katibi Marko Rubio bu gün Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə danışıb, o, müdafiə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyinə diqqət yetirib”, – məlumatda bildirilir.