Xəbərlər

Rubio: Zelenski ABŞ-ın mineral sövdələşməsindən imtina etməsi barədə yalan danışır

“Volodimir Zelenski ABŞ-ın Ukraynanın faydalı qazıntıları ilə bağlı təklif etdiyi sazişi rədd etdiyini deyərkən yalan danışıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Əlbəttə ki, biz bu müqaviləni bağlamaq istəyirik, bunun böyük əhəmiyyəti var. Yeganə əngəl odur ki, biz bu sazişi qanunvericilik prosesindən keçirməliyik. Onlar bunu təsdiq etməlidirlər” , – məlumatda bildirilib.