Xəbərlər

Rusiya 2023-cü ildə silah istehsalını artırıb

Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın ehtiyaclarını ödəmək üçün ötən il müxtəlif silah və döyüş texnikası hissələrinin istehsalını bir neçə dəfə artırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya baş naziri Mixail Mişustin Dövlət Dumasında bildirib.

“Avtomobil və zirehli texnikanın istehsalı 3 dəfə, silah istehsalı 7 dəfə, rabitə, elektron döyüş və kəşfiyyat vasitələrinin istehsalı 9 dəfə artıb”, – Mixail Mişustin qeyd edib.