Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən yaşayış binaları mayın 15-nə keçən gecə Rusiya pilotsuz uçuş aparatları (PUA) tərəfindən vurulub.
“Füyuzat”ın məlumatına görə, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
Onun sözlərinə görə, Sinelnikovski rayonunun Mejevskaya icmasında 10-a yaxın fərdi ev, mağaza və avtomobilə ziyan dəyib. İcma mərkəzi qismən dağılıb.
İvano-Frankivsk vilayətində Rusiya PUA-larının hücumu nəticəsində obyektlərdən birində yanğın baş verib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb ki, xilasedicilər yanğını söndürüblər və heç kim zərər görməyib.