Xəbərlər

Rusiya Şimali Koreya ilə əməkdaşlığı müzakirə edib

Sergey Narışkin martın 25-27-də Şimali Koreyaya səfəri zamanı Şimali Koreyanın Dövlət Təhlükəsizlik naziri Ri Çanqda ilə “ətraflı danışıqlar” aparıb.

“Füyuzatın”ın məlumatına görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun bəyanatında deyilir.

Bildirilib ki, Rusiya kəşfiyyatının rəhbəri paytaxt Pxenyana səfəri zamanı ölkəsi ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Qeyd edək ki, Şimali Koreyanın dövlət mərkəzi xəbər agentliyi tərəflərin “yoldaşlıq və mehribanlıq şəraitində” keçən danışıqlar zamanı müzakirə olunan məsələlərə dair “tam fikir konsensusuna” nail olduqlarını bildirib.