Xəbərlər

Rusiya Şimali Koreya ilə magistral körpünün tikintisinə başlayıb

Rusiya və Şimali Koreya strateji tərəfdaşlıq əlaqələrini gücləndirmək səyləri çərçivəsində Tümen çayı üzərində avtomobil körpüsünün tikintisinə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Şimali Koreya ilə Rusiya arasında avtomobil yolu körpüsünün tikintisinə başlanılması mərasimində çıxış edib.

Baş nazir körpünün Rusiya-Şimali Koreya əlaqələrində mühüm mərhələ olduğunu qeyd edib.

“Biz ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün etibarlı zəmin yaradır, açıq və məhsuldar dialoq üçün yol axtarır, xalqlarımızı yaxınlaşdırır, səfərlərin və görüşlərin sayını artırır, bir-birimizin tarixini və ənənələrini araşdırırıq”, – Baş nazir əlavə edib.