Xəbərlər

Rusiya və Çin prezidentləri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə telefonla danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Rusiya və Çin İsrailin BMT Nizamnaməsini pozan hərəkətlərini qətiyyətlə pisləyib. Yaxın Şərqdə vəziyyətin nizamlanması məsələsini güc yolu ilə həll etməyin mümkün olmadığını bir daha vurğulayıblar. Putin Rusiyanın vasitəçilik səylərini həyata keçirməyə hazır olduğunu təsdiqləyib. İki ölkə rəhbəri G7 sammitinin nəticələrini də müzakirə ediblər”, – Uşakov əlavə edib.