“ABŞ-ın Polşadakı mümkün nüvə silahı obyektləri Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma olacağı təqdirdə dərhal vurulacaq qanuni hədəflər siyahısına əlavə olunacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Polşa hakimiyyəti ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarına necə “sarılmaq” baxımından öz ambisiyalarını gizlətmir, uzun müddətdir ki, bu barədə danışır”, – Zaxarova bildirib.
“Güman etdiyiniz kimi, ABŞ-ın nüvə silahı Polşa torpaqlarında peyda olacağı təqdirdə, müvafiq obyektlər dərhal NATO ilə birbaşa hərbi qarşıdurma ssenarisində vurulmalı olan qanuni hədəflər siyahısına əlavə olunacaq”, – diplomat vurğulayıb.