Xəbərlər

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 74 nəfər ölüb

“Rusiyanın “İlyuşin-76” hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb, təyyarədəki 74 nəfərin hamısı həyatını itirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, təyyarədə 65 ukraynalı hərbi əsir, altı ekipaj üzvü və üç sərnişin olub.