Rusiyalı milyarder və Moskvada daşınmaz əmlak bazarının əsas simalarından biri Valeri Tsimbayev sifarişli qətl təşkil etməyə cəhddə ittiham olunur.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.
“Müttəhim Valeri Tsimbayev bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhddə ittiham olunub. O, 2025-ci il sentyabrın 11-dək həbsdə olacaq”, – mənbə bildirib.
Hadisələr hələ 2003-cü ildə baş verib. Planlaşdırılan sui-qəsdin hədəfi Moskvanın Nəzarət-Təftiş Palatasının keçmiş müşaviri Aleksandr Revzin olub.