Xəbərlər

Rusiyanın Belqorod vilayətində iki yaşayış məntəqəsinə hücum edilib

Pilotsuz uçuş aparatları (PUA) Rusiyanın sərhədyanı Belqorod vilayətində iki yaşayış məntəqəsinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat yayıb.

“Ukrayna pilotsuz uçuş aparatları Şebekinski şəhər dairəsində iki yaşayış məntəqəsinə hücum edib. İlkin məlumata görə, itki yoxdur. Krasnoye qəsəbəsində 6 ikimənzilli və 2 fərdi yaşayış evinin dam örtüyü, pəncərələri, daxili bəzəkləri, fasadları zədələnib”, – qubernator “Telegram”da yazıb.

Qladkovun sözlərinə görə, hücum nəticəsində Rjevka qəsəbəsində şəxsi evin dam örtüyü alovlanıb, alov tez bir zamanda söndürülüb.