Xəbərlər

Rusiyanın Voronej şəhərində yanğın baş verib, 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, Voronej şəhərində elektrik avadanlıqları istehsal edən zavodda yanğın baş verib. Yanğın zamanı 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, verilən açıqlamada yanğının söndürüldüyü və başvermə səbəblərinin araşdırıldığı bildirilib.