Rusiyanın “Ursa Major” yük gəmisi Aralıq dənizində batıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Böhran Vəziyyətləri Mərkəzinin Departamentinin “Telgram” kanalı məlumat yayıb.
16 ekipaj üzvündən 14-ü xilas edilib və Kartagena limanına aparılıb. İki dənizçi hələ də itkin düşənlər siyahısındadır.
Qəza Aralıq dənizinin beynəlxalq sularında baş verən partlayış nəticəsində baş verib.