“ABŞ-ın müdafiə naziri Pit Heqest Ukrayna üzrə təmas qrupunun iyunun 4-də Brüsseldə keçiriləcək iclasında iştirak etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte iyunun 5-də alyansın müdafiə nazirlərinin görüşündən əvvəl keçirdiyi mətbuat konfransında təsdiqləyib.
“Bu, nazirin NATO-ya ikinci səfəridir və o, iyunun 5-də Brüsseldə olacaq. ABŞ səfirlər səviyyəsində təmas qrupunun görüşündə təmsil olunacaq”, – Rutte əlavə edib.