Xəbərlər

Rutte: Kiyevin məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək

“Kiyevin itirilməsi NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayıracağı əlavə milyardlarla dollara deyil, əlavə trilyonlarla dollara başa gələcək”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

“Ukrayna uduzsa, NATO-nun əlavə milyardlarla deyil, əlavə trilyonlarla dollara ehtiyacı olacaq. Bu halda NATO-nun rəqiblərini cilovlaması indi müzakirə etdiyimiz hər şeydən çox baha başa gələcək”, – Rutte qeyd edib.

O, atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, habelə Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.