Xəbərlər

Rutte: NATO hərbi xərcləri artırmaqdan imtina edərsə, rus dilini öyrənməli olacaq

“NATO-ya üzv ölkələr hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmalıdır, əks halda rus dilini öyrənməli olacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

“Əgər siz səhiyyə və pensiya xərcləmələrini əsas tutub müdafiə xərcləmələrində 5%-ə çatmasanız, o zaman siz hələ də Milli Səhiyyə Xidmətindən və pensiya sistemindən istifadə edə biləcəksiniz. Amma bu zaman rus dilini yaxşı öyrənməli olacaqsınız”, – Rutte əlavə edib.