“NATO ölkələrinin hərbi xərclərini ÜDM-in 5%-nə qədər artırmaq yalnız başlanğıcdır, gələcəkdə alyans hərbi sənayesini sürətlə genişləndirməyə başlayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə alyansın baş katibi Mark Rutte bildirib.
“Əlbəttə, bu, yalnız başlanğıcdır. Biz müdafiə ehtiyaclarımızı razılaşdırdıq. İndi hərbi-sənaye kompleksinin potensialını əhəmiyyətli dərəcədə gücləndirmək planını həyata keçirməyin vaxtıdır. NATO-nun müdafiə potensialı kəmiyyət və keyfiyyətcə gücləndiriləcək və bu sahədə milyonlarla əlavə iş yeri yaradılacaq”, – Rutte əlavə edib.