“NATO 2025-ci ildə Kiyevi 50 milyard avrodan çox məbləğdə silahla təmin etməyi gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə alyansın baş katibi Mark Rutte bildirib.
“Növbəti altı ay üçün Ukraynaya silah tədarükünün trayektoriyası artıq keçənilki trayektoriyanı qabaqlayacaq. Beləcə artıq ilin sonuna kimi 50 milyard avro həddinə çatacağıq. Kiyevə dəstək proqramına təkcə silah təchizatı deyil, həm də ukraynalı hərbçilərin təlimi də daxil olacaq”, – Rutte əlavə edib.
Qeyd edək ki, NATO sammitinin yekun bəyanatında Kiyevə hərbi təchizatla bağlı bənd var, lakin Ukraynanın alyansa qoşulması ehtimalından bəhs edilmir.