“Rusiya 2-3 həftə ərzində Ukraynada tətbiq edilən bütün hərbi yeniliklərə uyğunlaşacaq və qəbul edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Rusiya ukraynalıların ona qarşı istifadə etdiyi hər şeyi 2-3 həftə ərzində qavrayır. Bu, öyrənmə dövriyyəsinin sürətidir. Bu, bizi NATO-da 3-5 il əvvəl malik olduğumuz bütün əsas hərbi konsepsiyalarımızı yenidən nəzərdən keçirməyə məcbur edir”, – Rutte əlavə edib.