Xəbərlər

Saakaşvili 9 il azadlıqdan məhrum edilib

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məhkəmə Saakaşvilinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı da təqsirli bilib, lakin o, yalnız 3000 lari (1000 dollardan çox) cərimə ödəmək şərtiylə azadlığa çıxıb.