Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 32,1 milyon manat güzəştli kredit verib.
“Füyuzat” bu barədə Fonda istinadən məlumat yayıb.
Verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 % çoxdur.
2 ay ərzində 547 layihə maliyyələşdirilib ki, bunun da hesabına 509 yeni iş yerinin yaradılması planlaşdırılır.