Xəbərlər

Şamaxıda zəlzələ olub

Mayın 15-də Pirqulu stansiyasından 15 km şimalda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Verilən məlumata görə, yerli vaxtla saat 03:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.