Xəbərlər

Serbiyanın Baş naziri istefa edib

Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa etdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Vuçeviç mətbuat konfransı zamanı bildirib.

“Mənim dönməz qərarım Serbiya Respublikasının Baş naziri vəzifəsindən istefa verməkdir. Bu səhər mən Serbiya prezidenti Aleksandar Vuçiç ilə uzun müddət danışdım, biz hər şeyi müzakirə etdik və o, mənim qərarımı qəbul edərək mənimlə razılaşdı”, – o qeyd edib.