Xəbərlər

Səudiyyə XİN: İsrail Suriyanı sabitliyi bərpa etmək şansından məhrum edir

“Qolan yüksəkliklərində bufer zonanı ələ keçirən İsrail Suriyada sabitliyi bərpa etmək şanlarını zədələyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“İsrail hökumətinin Qolan yüksəkliklərindəki bufer zonanı ələ keçirməklə törətdiyi təcavüz və İsrail qüvvələrinin Suriya ərazisinə endirdiyi zərbələr İsrailin beynəlxalq hüququ pozmasına və Suriyanın təhlükəsizlik, sabitlik və ərazi bütövlüyünü bərpa etmək şansını məhv etmək istəyinə əsaslanır”, – deyə bəyanatda qeyd edilib.