Xəbərlər

Şeynbaum: Trampla yaxşı ünsiyyətimiz var

“ABŞ prezidenti Donald Trampla yaxşı ünsiyyətimiz var”.

“Füyuzat”ın məlumatına görə, bunu Meksika prezidenti Klaudiya Şeynbaum deyib.

“Bizim Trampla ünsiyyətimiz müsbət şəkildə davam edir. Bir çox razılaşmalar əldə etmişik. Anlaşmazlıqlar olduqda, bunlar rəsmi kanallar və birbaşa təmas vasitəsilə həll olunur. Bu səbəbdən də müzakirələr aparılmamalıdır. Biz ABŞ-la razılaşmalarımıza sadiqik və miqrasiya, həmçinin təhlükəsizlik kimi mövzularda yaxşı ünsiyyət qururuq. Buna görə də mövcud müsbət əlaqələr və hər şeydən əvvəl ABŞ və Meksika hökumətləri arasında qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirmək əzmindəyik”, – prezident əlavə edib.