Xəbərlər

Si Cinpin: Çin və Rusiya arasında siyasi əməkdaşlıq güclənir

“Çin və Rusiya hər iki dövlət başçılarının rəhbərliyi altında siyasi əməkdaşlığı gücləndirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin prezidenti Si Cinpin bildirib.

“Strateji rəhbərliyimiz altında siyasi qarşılıqlı fəaliyyətimiz güclənir, praktiki əməkdaşlıq intensivləşir, mədəni, humanitar, mübadilə və regionlararası əlaqələr geniş vüsət alır. Bu, yeni dövrə qədəm qoyan Rusiya-Çin münasibətlərinin daha inamlı, sabit və davamlı dinamikasını nümayiş etdirir”, – prezident əlavə edib.