Xəbərlər

Si Cinpin Lukaşenkonu təbrik edib

Çin prezidenti Si Cinpin Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonu qələbə münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Biz son illərdə Belarus prezidenti ilə sıx-sıx əlaqə saxlamış, Çin-Belarus münasibətlərinin inkişafını birgə planlaşdırmış və istiqamətləndirmiş, iki ölkə arasında münasibətləri tarixən ən yüksək səviyyəyə çatdırmışıq. Çin-Belarus münasibətlərinin inkişafına böyük əhəmiyyət verir və iki ölkə arasında ənənəvi dostluğu qoruyub saxlamaq, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək və ikitərəfli münasibətlərin gələcək inkişafına kömək etmək üçün Belarus prezidenti ilə işləməyə hazırıq”, – məlumatda prezidentin sözlərindən sitat gətirilib.