Çin prezidenti Si Cinpin aprelin 14-dən 18-dək Vyetnam, Malayziya və Kambocaya dövlət səfərləri edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Si Cinpin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və Respublika prezidentinin dəvəti ilə aprelin 14-15-də Hanoyda səfərdə olacaq. ÇXR rəhbəri aprelin 15-dən 18-dək Malayziya Kralı və Kamboca Kralının dəvəti ilə Kuala-Lumpur və Pnompendə səfərdə olacaq.