“30-a yaxın ölkə Ukraynada sülh bərqərar olduqdan sonra ona riayət olunmasını dəstəkləməyə hazır olduqlarını bildirib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Bizə ABŞ-ın kəşfiyyat, kosmos və hava resurslarından istifadə etməsi lazımdır. Bu gün məlum oldu ki, artıq 30-a yaxın ölkə sülh əldə edildikdən sonra onu dəstəkləməyə, ona nəzarət etməyə hazır olduqlarını bəyan ediblər. Bildiyiniz kimi, 1300 km olan təmas xəttini ukraynalılar özləri qoruyacaqlar”, – nazir qeyd edib.