Xəbərlər

Şimali İraq və Suriyada 7 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 7 terrorçunu zərərsizləşdirib.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgələrində 3 PKK terrorçusu, Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində isə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.