Xəbərlər

Şimali İrlandiya lideri Britaniyanı tənqid edib

“Böyük Britaniya hökuməti xaricdə hərbi münaqişələri gücləndirməkdənsə, dövlət xidmətlərinə daha çox sərmayə qoymalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Şimali İrlandiyanın birinci naziri Mişel O’Nil deyib.

“Hazırda mən pulun müharibə silahlarının alınmasına getməməkdənsə, dövlət xidmətlərinə yatırıldığını görmək istərdim. Beynəlxalq ictimaiyyətin səyləri danışıqlara və sülh yolu ilə həllə yönəldilməlidir”, – deyə o qeyd edib.