Xəbərlər

Şimali Koreya ABŞ-a qarşı sərt cavab siyasəti hazırlayıb

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin plenumunda Şimali Koreya ABŞ-a qarşı “super sərt cavab” strategiyasına əməl edəcəklərini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Dekabrın 23-dən 27-dək partiyanın Mərkəzi Komitəsinin plenumunun genişləndirilmiş iclası keçirilib. Burada 2024-cü il üçün siyasətin yekunları müzakirə olunub, növbəti il ​​üçün görüləcək işlərin istiqamətləri müəyyən edilib.

Qeyd edək ki, iclasa Şimali Koreya prezidenti Kim Çen İn sədrlik edib.